Madriddə minlərlə insan hökumətə qarşı etiraz aksiyası keçirib

Madriddə minlərlə insan hökumətə qarşı etiraz aksiyası keçirib

...Bazar günü, oktyabrın 20-də Madriddə minlərlə etirazçı sosialist Pedro Sançesin hazırkı İspaniya hökumətinə qarşı etiraz aksiyasına qatılıb.

Toplaşanlar növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Mitinqin təşkilatçıları sağçı və mərkəzçi partiyalar və təşkilatlar, xüsusən də böyük müxalif Xalq Partiyası və Vox partiyası olub.

Mitinqin əsas şüarı belə olub: “Birlik, ləyaqət, qanun və azadlıq uğrunda. İndi ümumi seçkilər!”

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AFP agentliyi yazır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, nümayişdə 25 min insan iştirak edib. Təşkilatçılar 400 min etirazçının olduğunu iddia ediblər.

Mitinqə qatılan Vox partiyasının lideri Santiago Abascal deyib ki, Sançesin solçu hökuməti “İspanları məhv edir, onlara xəyanət edir və onlara yalan danışır”.

...Bu gün ispanlar, hökumətin nə deməsindən asılı olmayaraq, Pedro Sançesin hakimiyyətə gəldiyi vaxtdan daha kasıbdır. Onların dolanışığını təmin etmək getdikcə çətinləşir.

AFP onun sözlərindən sitat gətirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə