Nayrobidə 7 mərtəbəli bina uçub

Nayrobidə 7 mərtəbəli bina uçub

Keniyanın paytaxtı Nayrobidə yeddi mərtəbəli bina uçub. SİA-nın əldə etdiyi məlumata görə, Kenyans.co.ke regional agentliyi yazır ki, ölən və yaralananların sayı hələlik açıqlanmayıb.

Hadisə bazar günü, oktyabrın 20-də, Kahawa West, Lot 233, Stansiya Yolu boyunca baş verib.

Hazırda xilasetmə qrupları qəzanın nəticələrini aradan qaldırır, həmçinin qonşu binalardan sakinləri təxliyə edirlər. Keniya Qırmızı Xaç Cəmiyyəti binanın xarabalıqları altında insanların olduğunu və təcili yardım xidmətlərinin mütəxəssisləri sağ qalanları axtardıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, bu, Keniya paytaxtında baş verən ilk belə fəlakət deyil. Belə ki, 2016-cı ilin aprelində 6 mərtəbəli binanın uçması nəticəsində 49 nəfər həlak olmuşdu.

Bundan əlavə, 2019-cu ilin dekabrında altı mərtəbəli bina uçub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə