İki ay açıq dənizdə köməksiz qalanlardan biri xilas edilib

İki ay açıq dənizdə köməksiz qalanlardan biri xilas edilib

...Oxot dənizində iki aylıq driftdən sağ çıxan yeganə adamın xilas edilməsi görüntüləri yayılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, göyərtəsində üç sərnişin olan katamaran tipli “Baykal 470” gəmisi 2024-cü il avqustun 9-da Xabarovsk diyarının Nikolaevski rayonu, Cape Perovski marşrutu ilə Saxalin vilayətinin Oxa rayonu istiqamətində yola düşüb və elə o vaxtdan itkin düşüblər.

Deməli gəmidə iki qardaş və onlardan birinin yeniyetmə oğlu olub və...

Sağ qalan yeganə şəxs oktyabrın 14-də Kamçatka ərazisinin Ust-Xayryuzovo kəndi yaxınlığında Oxot dənizində tapılıb. Kişiyə ilkin tibbi yardımı gəmidəki həkim göstərib.

Sağ qalan və ölənlərin cəsədləri Maqadana çatdırılmalıdır. Uzaq Şərq Nəqliyyat Prokurorluğu hadisənin baş vermə şəraitini müəyyənləşdirir.

Faktla bağlı Şərq Regionlararası İstintaq İdarəsi ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və su nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi açıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə