"Bu, Rusiya Federasiyasının gücü deyil, çarəsizlik əlamətidir..."
Bu arada Birləşmiş Ştatlar bildirib ki, Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı ilə bağlı məlumatları hələlik təsdiqləyə bilmir, lakin əgər bu məlumatlar təsdiqlənərsə, bu, Kremlin çarəsizliyinə işarə edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, “Amerikanın səsi” radiosuna istinadən bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett deyib.
Onun sözlərinə görə, Şimali Koreya Rusiyaya qoşularsa, ABŞ müttəfiqləri və tərəfdaşları ilə belə dramatik addımın nəticələri barədə məsləhətləşəcək.
...Savett həmçinin qeyd edib ki, belə bir addım həm də Rusiyanın Ukraynaya qarşı amansız müharibəsində qeyri-adi döyüş meydanında itkilər verməyə davam etdiyi üçün artan çarəsizliyinə işarə olacaq.
...Əgər Rusiya həqiqətən insan gücü üçün Şimali Koreyaya üz tutmağa məcbur olarsa, bu, Kremlin gücünə deyil, çarəsizliyinin əlaməti olacaq
Bunu da Savett deyib.
...Xatırlayırsınızsa, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov əvvəllər demişdi ki, noyabr ayından etibarən Şimali Koreyadan 11 minə yaxın piyada əsgəri müharibəyə cəlb oluna bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB