İtaliyada surroqat analıq universal cinayət hesab olunacaq

İtaliyada surroqat analıq universal cinayət hesab olunacaq

İtaliyada surroqat analığı universal cinayət hesab edən qanun layihəsi qanuna çevrilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bildirilir ki, yeni qanunun məqsədi italyanların surroqat analıq üçün xaricə getməsinin qarşısını almaqdır.

İtaliyada surroqat analığın universal cinayət olduğunu nəzərdə tutan qanun layihəsi parlamentin yuxarı palatası olan Senat tərəfindən qəbul edilərək qanuna çevrilib. Baş nazir Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı İtaliya Qardaşları partiyası tərəfindən hazırlanan təklif, ölkədə artıq cinayət sayılan surroqat analıq məsələsi universal cinayətmhesab edilib.

Ölkədə ilk dəfə 2023-cü il iyulun 26-da parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi bu gün Senatda səsə qoyulub. 200 yerlik Senatın Baş Assambleyasında keçirilən səsvermədə İtaliyada surroqat analığın universal cinayət hesab edilməsi ilə bağlı qanun layihəsi 58 “xeyr” səsinə qarşı 84 “hə” səsi ilə qəbul edilərək qanuna çevrilib. Bildirilir ki, surroqat analıq İtaliyada 2004-cü ildən cinayət hesab olunduğu üçün bu qanun layihəsinin məqsədi insanların bu əməl üçün xaricə getməsinin qarşısını almaqdır. Yeni qanunla müxtəlif ölkələrdə surroqat analıq üçün müraciət edən italyanlar 2 il həbs və 1 milyon avroya qədər pul cəzası ilə mühakimə olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə