ABŞ İsrailə silah tədarükünü dayandırmaqla hədələyib

ABŞ İsraili Qəzza zolağında humanitar problemlərin aradan qaldırılması üçün səy göstərməyə çağırıb. Əks halda, Amerika hakimiyyəti İsrailə silah tədarükünü ləğv edə bilər.

...Qəzza zolağında mülki əhali ilə bağlı vəziyyət ağır olaraq qalacağı təqdirdə ABŞ-ın İsrailə hərbi yardımı dayandırıla bilər.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ səlahiyyətliləri İsraili böhranı bir ay ərzində həll etməyə çağırıb.

Dövlət katibi Blinken bu barədə israilli tərəfdaşlarını xəbərdar edib.

Birləşmiş Ştatlar İsraildən humanitar yardım məsələsində fəallıq tələb edir, amerikalı analitiklərin hesablamalarına görə, son vaxtlar onun axını xeyli azalıb.

Qeyd edək ki, ABŞ İsraildə THAAD sistemini yerləşdirməyi planlaşdırır və bu, İsrail ordusuna İran raketlərinə qarşı mübarizədə kömək etməlidir.

Xüsusən də sistem mümkün ballistik raket hücumundan qoruya bilir.

Bunu RİA Novosti xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə