Şimali Makedoniyanın paytaxtı Skopyedəki zooparkda müxtəlif heyvanların saxlanılması ilə yanaşı, dünyanın ən qədim şimpanzelərindən biri olan 62 yaşlı Mimi də yaşayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Mimi" adlı 62 yaşlı şimpanzenin və yüzlərlə fərqli heyvanın yaşadığı Skopye Zooparkı hər yaşdan, xüsusən də uşaqların şəhərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.
Zoopark baxıcılarından Aleksandra Stevkovska açıqlamasında "Mimi"nin gündəlik həyatı ilə bağlı məlumat paylaşıb. Stevkovska, "Mimi"nin hər gün baxım qrupundan xüsusi diqqət gördüyünü izah edərək deyib: ""Mimi"ni zooparkda hamımızın çox sevdiyi bir "nənə" olaraq görürük".
"Mimi"nin Afrikadan gəldiyini qeyd edən Stevkovska adi şimpanzelərdən fərqli olaraq "Bonobo" növündən olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə