“Türk Hava Yolları” aviaşirkətinin kapitan pilotu İlçehin Pehlivan aviareys əsnasında vəfat edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün açıqlayıb.
Məlumata əsasən, “Airbus 350” tipli təyyarə ilə yerinə yetirilən TK204 nömrəli Seattle-İstanbul reysi zamanı pilotun halı anidən pisləşib. Hadisənin ardından Nyu-Yorka təcili eniş qərarı alınsa da, pilotun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilib ki, 2007-ci ildən “Türk Hava Yolları”nda çalışan İlçehin Pehlivanın 59 yaşında idi.
Bütün xəbərlər Facebook səhifəmizdə