İsveçrədə “ölüm kapsulunun” istifadəsi dayandırılıb

"Sarko" intihar kapsulunun istifadəsi mübahisəli cihazın ilk qurbanı olduğunu iddia etdikdən bir neçə həftə sonra dayandırılıb. Filip Nitşkenin ixtirası olan "Sarko" sentyabrın 23-də 64 yaşlı amerikalı qadının həyatına son qoyub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölüm vaxtı 16:01 olaraq qeydə alınıb.

Kapsul İsveçrənin Merişausen şəhərindəki kabinənin yaxınlığındakı meşəyə yerləşdirilib. Səhnəni çəkmək üçün orada bir fotoqraf da var idi. İsveçrənin intiharı müdafiə edən “The Last Resort” təşkilatının həmsədri Florian Villetin ölüm zamanı orada olduğu bildirilir. "The Last Resort"un texniki müşaviri Nitşke, qadının ölümünün "rəvan getdiyini" söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə