...Novosibirskdə “Ozon” onlayn pərakəndə satış mağazasının anbarında işləyən bir qrup tacik miqrant Rusiya çevik polisinin vəhşı hərəkətlərindən şikayətlənirlər.
Onların sözlərinə görə, oktyabrın 2-nə keçən gecə çevik qüvvələr anbara soxulularaq, 32 miqrantı saxlayıb və aparıblar.
Oktyabrın 3-də anonim danışan hadisənin şahidlərindən biri çevik polisin hərəkətlərinin “sərt və bütün məqbul normalara zidd” olduğunu bildirib.
…Bu günə kimi saxlanılan miqrantlardan 16-nın deportasiyası barədə qərar qəbul edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu həmsöhbət bildirib.
Qeyd edək ki, həmişə olduğu kimi, bu dəfə də Rusiya hakimiyyəti vəziyyəti şərh etmir.
Tacikistanın Moskvadakı səfirliyi də “Ozodi” radiosunun zənglərinə cavab verməyib. Niyə, ruslardan qorxduqlarına görə!?.
Əvvəl də qeyd etdiyimiz kimi, son bir ildə Rusiyada miqrantların vəziyyəti xeyli pisləşib. Belə ki, Rusiyanın müxtəlif bölgələrindəki hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbi işçilərin yaşayış və iş yerlərində reydlər keçirir.
Bu ilin əvvəlindən minlərlə Tacikistan vətəndaşı Rusiyaya gedə bilməyib və 6 ayda rəsmi məlumata görə, 17 min Tacikistan vətəndaşı bu ölkədən deportasiya edilib.
Maraqlıdır ki, həmişə olduğu kimi, bu dəfə də Tacikistan hakimiyyəti öz vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyə çağırıb.
Yeri gəlmişkən, bu gün işsizlik Tacikstanın aktual problemlərindən biridir və bu, yüzlərlə vətəndaşı Rusiya, eləcə də digər ölkələrə iş axtarmaq üçün getməyə məcbur edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə