İsrail Suriyadakı Rusiya aviabazasını vurur..?

Hədəf "Hizbullah" üçün nəzərdə tutulan silahlar ola bilər

…İsrail Suriyada yerləşən Rusiyanın Xmeymim aviabazasına hücum etmiş ola bilər.

Hədəf “Hizbullah” üçün nəzərdə tutulan silahlar ola bilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild” xəbər verir.

Nəşr xatırladır ki, bu gecə Suriyadakı yeganə Rusiya aviabazasının yaxınlığında güclü partlayışlar olub.

İsrail İranın “Hizbullah”a çatdırmağı planlaşdırdığı silahları Rusiya aviabazası vasitəsilə məhv edə bilər.

Jurnalistlər yaxınlıqdakı Cebla şəhərindən çəkilmiş foto və videolarda Rusiya aviabazasından güclü partlayışların göründüyünü müşahidə ediblər.

...Şəhərdən beş kilometr aralıda yerləşir.

Partlayışlardan sonra “Hizbullah” üzvləri və suriyalı jurnalistlər İsrailin Rusiya aviabazasına hücum etdiyini bildiriblər.

...İsrailin hücumu Rusiyanın Xmeymim bazasındakı anbara yönəlib. İranın Qeşm Fars Air təyyarəsi oraya çatdıqdan bir saat sonra İsrail bazanı bombalayıb.

Bunu Suriyanın müxalif Suriya televiziya şirkətinin jurnalisti Abdulla əl-Musa bildirib.

Adı açıqlanmayan türkiyəli jurnalist “Bild”-ə bildirib ki, İran təyyarəsi oktyabrın 2-də səhər saat 10-da aviabazaya enib və oradan axşam saat 5 radələrində - hücumdan 8 saat əvvəl havaya qalxıb.
...Hücumlara səbəb onun livanlılar üçün humanitar yardım adı altında daşıdığı yük olub, - nəşrin həmsöhbəti bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə