Ukrayna Rusiyanı Dnestryanıdan qoşunlarını çıxarmağa çağırıb

...Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya qoşunlarını Dnestryanıdan çıxarmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gazeta.ru NewsMaker-ə istinadən xəbər verir.

Sibiqa bu barədə Moldovaya səfəri zamanı bildirib. Onun sözlərinə görə, Dnestryanı Moldovanın ərazisidir, ona görə də Rusiya öz qoşunlarını bölgədən çıxarmalıdır.

...Dnestryanı bölgə Moldovadır və Rusiya ordusunu oradan çıxarmalıdır. Ukrayna danışıqlar prosesində Moldovanı dəstəkləməyə davam edəcək.

Andrey Sibiqa bildirib bunu.

...Federasiya Şurasının sədri Valentina Matvienko bir qədər əvvəl Moldovanın Rusiyadakı seçki məntəqələrinin sayını azaltmaqla bir çox seçici üçün seçkiləri “qapalı” etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə