...Ukraynanın ərazi bütövlüyü ilə bağlı istənilən məsələni Ukrayna xalqı olmadan bir prezident həll edə bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski iyulun 31-də Fransa mətbuatına müsahibəsində bildirib.
Ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna ərazilərindən imtinanın mümkünlüyü ilə bağlı sualı cavablandıran prezident qeyd edib ki, bu, Ukrayna Konstitusiyasına ziddir.
Zelenskinin sözlərinə görə, Ukrayna heç vaxt öz ərazilərindən imtina etməyəcək, çünki bu, Konstitusiyanın pozulması deməkdir.
Bu məsələ ilə bağlı referendumun mümkün keçirilməsindən danışan Zelenski, bunun Ukrayna xalqının istəyəcəyi təqdirdə baş tuta biləcəyini deyib.
Prezidentin sözlərinə görə, bu, “ən yaxşı seçim deyil”, çünki Ukrayna qeyri-legitim Rusiya prezidenti Vladimir Putinlə məşğuldur və o, Ukrayna ərazilərinin bir hissəsini geri qaytararsa, “bu onun üçün qələbə olardı”.
Zelenskinin qeyd etdiyi kimi, “hətta sonradan, münaqişə dondurulsa belə, geri qayıda bilər”.
Prezident əlavə edib ki, o, Ukraynanın bütün ərazilərini silah gücünə azad etməli olduğunu düşünmür, çünki bu, çox vaxt və insan həyatı bahasına başa gələ bilər.
...Zelenski hesab edir ki, Ukrayna diplomatik yollarla əraziləri işğaldan azad edə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə