Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı olub

Bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yaydı

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin və israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda tərəflərin İsrail ilə Hizbullah arasında yaşanan qarşıdurmaları və rəsmi Vaşinqton ilə Tel-Əviv arasında hərbi əməkdaşlığın artırılması imkanlarını müzakirə etdikləri bildirilib.

Tərəflərin həmçinin fələstinlilərə humanitar yardım çatdırmaq üçün Qəzza sahillərində qurulan üzən limanı da müzakirə etdiyi qeyd olunub.

Bəyanatda Lloyd Ostinin Birgə Sahil Logistika Mexanizminin yaxın zamanda fəaliyyətini dayandıracağını söylədiyi və bütün quru keçidləri vasitəsilə humanitar yardım axınının artırılmasının və Aşdod limanına göndərilən yardımın dəstəklənməsinin vacibliyini vurğuladığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə