Yaroslavl vilayətində anbarda güclü yanğın baş verib

Yaroslavl vilayətində anbarda güclü yanğın baş verib

Yaroslavl vilayətində anbarda təxminən beş min kvadratmetr sahədə yanğın baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi özünün Telegram kanalında bildirib.

Yanğın 8,8 min kvadratmetr ərazini əhatə edib.

Lyubim şəhərində yerləşən binanın damının uçduğu bildirilir. Yanğın ayaqqabıların saxlandığı anbarda başlayıb.

Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 40 əməkdaşı, o cümlədən ondan çox texnikası göndərilib.

Hazırda beş min kvadratmetr sahədə yanğının qarşısı alınıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə