Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Yaponiya İmperatoru Naruhito və xanımı Masakonun Britaniyaya səkkiz günlük səfəri başlayıb. SİA xəbər verir ki, onlar Londonun Stansted hava limanında rəsmilər tərəfindən qarşılanıb. Britaniya kralı III Çarlz Naruhito və Masakonu iyunun 25-də Bukinqem sarayında qəbul edəcək. İyunun 28-də isə onlar vaxtilə təhsil aldıqları Oksford Universitetinə baş çəkəcəklər.

Səfərdən əvvəl Yaponiya İmperatoru Naruhito, xəstəliyinə baxmayaraq Kral Çarlzın onları qəbul edəcəyinə görə minnətdar olduğunu deyib. O, həmçinin Çarlzın gəlini, xərçəngdən profilaktik kimyaterapiya müalicəsi alan Şahzadə Uilyamın həyat yoldaşı Keytə xoş arzular diləyib.

Səfərin rəsmi səbəbi iki kral ailəsi arasındakı uzunmüddətli əlaqələri qeyd etmək və iki ölkə arasındakı dərin əlaqələri nümayiş etdirməkdir.

Qeyd edək ki, Yapon imperator cütlüyünün Britaniyaya səfəri əvvəlcə 2020-ci ilə planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə