Partizanlar Voronej aerodromuna “baş vurublar”...

Burada rusların “Su-34”-ləri saxlanılır

...Bu arada ukraynalı partizanlar Voronejdəki Baltimor aerodromunda kəşfiyyat aparıblar.

Ruslar “Su-34”-ləri orada saxlayırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Atəş” partizan hərəkatının Telegram kanalı bildirib.

…Bir müddət əvvəl bizim hərəkat Voronejdəki Baltimor aerodromunda yerləşən 47-ci Mühafizəçi Bombardmançı Aviasiya Alayına uğurlu “giriş” edib, mühüm xəbərlər əldə edə biliblər.

Belə ki, bu aerodromda, partizanların qeyd etdiyi kimi, Ukraynaya hücumlar həyata keçirən “SU-34” qırıcı-bombardmançıları yerləşdirilib.

“Atəş”dən verilən məlumata görə, yaxınlarda rusları sürprizlər gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə