Rusiyanın FAB-3000-dən istifadə etməsi Qərbdə narazılıq yaradıb

...Qərb ilk dəfə Rusiyanın FAB-3000 super ağır bombasından istifadə etməyə başladığını öyrənib.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın Bild nəşri xüsusi videoda bildirir ki, bu silah mütəxəssislər arasında təəccüb və çaşqınlıq yaradıb.

...Rusiya ilk dəfə dəhşətli FAB-3000 M54 UMPK idarə olunan sürüşmə bombasından istifadə etdi. Bu, indiyə qədər münaqişədə istifadə edilən ən ağır bombadır.

Aparıcı bildirib bunu.

Onun sözlərinə görə, bomba Ukrayna Silahlı Qüvvələrinin Liptsy kəndində (Xarkov vilayəti) obyektində istifadə edilib və külli miqdarda ziyan vurub.

Qeyd olunur ki, Qərb Rusiyanın belə bir mərmiyə sahib olduğunu və onun “Volkswagen mikroavtobusundan ağır” olduğunu təsəvvür edə bilmirdi.

NATO da belə bir bombanın ciddi dağıntılara səbəb ola biləcəyindən xəbərsiz idi.

Qeyd edək ki, üç ton ağırlığında olan FAB-300-ün demək olar ki, yarısı partlayıcıdır.

Rusların yazdığına görə, guya Rusiya ordusunun xidmətində daha güclü olan FAB-9000-M54 də var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə