Türkiyədə meşə yanğınları 11 nəfərin həyatına son qoyub

...Türkiyənin cənub-şərqində irimiqyaslı meşə yanğınları tüğyan edir. İki əyalətdə böyük ərazilər yanğına qərq olub. Təbii fəlakət nəticəsində 11 nəfər həlak olub, 78 nəfər xəsarət alıb. İki kənddə yaşayış binaları və bir yarım min hektardan çox əkin sahəsi dağıdılıb.

SİA-nın əldə etdiyi məlumata görə, güclü külək alovun yayılmasına kömək edir. Ölkənin qərbində də yanğınlar qeydə alınıb. Orada itki olmasa da, ehtiyat tədbiri olaraq kiçik qəsəbənin sakinləri təxliyə edilib.

...Və Yunanıstanın cənub-qərbində də meşə yanğınları ilə mübarizə aparılır.

Peloponnes yarımadasında bir nəfər ölüb. İki kənd yanğına qərq olub. Daha bir neçəsinin sakini evlərini tərk etmək məcburiyyətində qalıblar.

...Bu arada Çexiyanı qasırğalar bürüyüb. Onlar leysan və böyük dolu ilə müşayiət olunub. Güclü külək yüzlərlə ağacı yıxıb. Elektrik enerjisinin kəsilməsi səbəbindən ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

TV Center xəbər verir ki, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə