NATO-nun yeni baş katibi Mark Rutte olacaq..?

NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb. Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

Şimali Atlantika Alyansının baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.

Xatırladaq ki, bir müddət əvvəl Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini Mark Rüttenin xeyrinə geri götürüb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-ın da NATO-nun növbəti baş katibi postunda Niderlandın Baş naziri Mark Rutteni görmək istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə