Moskvadakı qasırğada ağac kişinin başına aşıb...

...Cümə axşamı günorta Moskvada tüğyan edən fəlakət nəticəsində bir nəfər ölüb - tufan zamanı ağac onun üzərinə aşıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, faciə Moskvanın Timiryazevski rayonunda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, kişi havanın pis olmasından küləkdən qoparaq üzərinə düşən ağacın altına sığınmağa çalışıb.

Kişinin ölümü ilə bağlı məlumatı İstintaq Komitəsinin paytaxt şöbəsi təsdiqləyib.

İdarədən verilən məlumata görə, o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd edək ki, cümə axşamı günü Moskva və Moskva vilayətində tufan və leysan yağan anomal güclü qasırğa olub. Saatda 40 kilometr sürətlə əsən külək ağacları və reklam konstruksiyalarını yıxıb, evlərin damındakı üzlük vərəqlərini qoparıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə