Pxenyan Moskva ilə bağladığı sazişin bəndlərini dərc edib...

...Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Rusiya Federasiyası ilə Şimalı Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ölkələrdən birinə qarşı təcavüz halında “dərhal” qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur.

Bu barədə TASS məlumat yayıb.

Koreya agentliyinin ayrı-ayrı paraqrafları və ya tam mətni dərc edib-etmədiyi hələ aydın deyil. SİA bunları TASS-ın tərcüməsində təqdim edir və beləliklə:

-Ölkələrdən birinə təcavüz olarsa, dərhal qarşılıqlı yardımın göstərilməsi;

-Təcavüz təhlükəsi yaranarsa, ölkələr mövqelərin əlaqələndirilməsi və təhlükənin aradan qaldırılmasında əməkdaşlığın təmin edilməsi üzrə tədbirlər haqqında razılığa gələcəklər;

-Moskva və Pxenyan üçüncü ölkələrlə iki ölkənin suverenliyinə və təhlükəsizliyinə təhdid yarada biləcək sazişlər bağlamamağı öhdəsinə götürür;

-Rusiya Federasiyası və Şimalı Koreya ikitərəfli ticarətin həcmini artırmağa və iqtisadi əməkdaşlıq üçün əlverişli şərait yaratmağa çalışır;

-Moskva və Pxenyan kosmos, dinc atom, süni intellekt və İT sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər;

-Ölkələr yalan məlumat və informasiya təxribatlarına qarşı çıxmaq üçün media sahəsində əməkdaşlığı gücləndirir;

-Rusiya Federasiyası və Şimalı Koreya müharibənin qarşısını almaq və sülhü təmin etmək məqsədilə müdafiə potensialının gücləndirilməsi üzrə tədbirlərin görülməsi sistemi yaradacaq; -Rusiya Federasiyası ilə Şimalı Koreya arasında Strateji Tərəfdaşlıq Sazişi qeyri-müəyyən xarakter daşıyır.

...Deməli, çərşənbə axşamı, iyunun 18-də Rusiya lideri Vladimir Putin Şimalı Koreyanın paytaxtı Pxenyana səfərə gəlib. Pxenyanda Putin və Şimali Koreya liderı Kim Çen In arasında Rusiya liderinin sözlərinə görə, bu müqavilənin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə ehtiva edən strateji tərəfdaşlıq sazişi imzalanıb.

...Həmin vaxt sənədin mətni dərc edilməmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə