Ərdoğanla Paşinyan arasında danışıq olub

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ilkin şərt olmadan münasibətləri normallaşdırmaq üçün siyasi iradə nümayiş etdiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Ölkə liderləri Ankara ilə İrəvan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayıblar.

Onlar dövlətlərin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyini və bu günə qədər razılaşdırılmış razılaşmaları təsdiq ediblər.

Qeyd edək ki, sentyabrda da Paşinyan və Ərdoğan telefon danışıqları zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmişdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə