İsrail Qəzza zolağının cənubunda döyüşləri dayandırdı

İsrail Müdafiə Qüvvələri (IDF) humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda hər gün səhər saat 09:00-dan 20:00-ə kimi (Bakı vaxtı ilə) döyüş əməliyyatlarında taktiki fasilə tətbiq edəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.

Qeyd olunur ki, fasilə Kerem Şalom keçid məntəqəsindən Salah əd-Din magistralına və daha şimala gedən marşrutda tətbiq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə