Türkiyə ilə Malayziya arasında Anlaşma Memorandumu

Türkiyə ilə Malayziya arasında Anlaşma Memorandumu

Türkiyə ilə Malayziya arasında “Müdafiə məmulatlarının dövlətdən dövlətə satınmasına dair” Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş (STM) tərəfindən inşa ediləcək üç korvet üçün qəbul məktubu (Letter of Acceptance/LoA) təqdim olunub.

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Rəyasət Heyətində keçirilən mərasimdə Malayziyanın müdafiə naziri Məhəmməd Xalid Nordin, Müdafiə Sənayesi Departamentinin (SSB) direktoru Haluk Görgün, müavini İhsan Kaya, o cümlədən Mustafa Murat Şeker, Hüseyn Avşar və Gökhan Uçar, Malayziya müdafiə və daxili işlər nazirliklərinin nümayəndə heyətləri və sektor nümayəndələri iştirak ediblər.

H.Görgün müdafiə məhsullarının tədarükü ilə bağlı Malayziya ilə imzalanan Anlaşma Memorandumunun Türkiyə ilə dost və müttəfiq ölkə Malayziya arasında müdafiə sənayesi əməkdaşlığında yeni strateji tərəfdaşlıq dövrünün müjdəçisi olduğunu bildirib, razılaşmanın Türkiyə müdafiə sənayesinin gəldiyi nöqtəni və müttəfiqlərin Türkiyəyə olan etibarını göstərdiyinə diqqət çəkib və “Anlaşma Memorandumu iki ölkə arasında dəniz platformaları sahəsində uzunmüddətli əməkdaşlığın başlangıcıdır”, - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə