Qeyri-qanuni yollarla Moldovaya daxil olan ukraynalılar hesablanıb

2022-ci ildən bəri 33 minə yaxın ukraynalı Moldovaya qanunsuz daxil olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublikanın Sərhəd Polisinin Baş Müfəttişliyinin rəis müavini Andrey Trofimov bildirib.

O qeyd edib ki, bu, iki il ərzində əsasən Dnestryanı bölgədən keçməklə ölkəyə qeyri-qanuni daxil olan ukraynalıların sayıdır.

Trofimov əlavə edib ki, bütün gələnlər sənədləşdirilib və daha sonra ölkəni tərk etməyə yönəldilib.

Eyni zamanda, 18 min qeyri-qanuni miqrant Moldovanı tərk etmək istəyərkən onların giriş möhürü olmadığı üçün müəyyən edilib.

Əvvəllər ukraynalı sərhədçilər bildirirdilər ki, hər gün on nəfərə qədər qaçqın Ukraynanı Rumıniya və ya Moldova vasitəsilə tərk etməyə çalışır.

Bunun fonunda sərhədçilər və hüquq-mühafizə orqanları sərhəddə işi gücləndirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə