Münaqişə zamanı baba nəvə və nəticəsini bıçaqlayaraq öldürüb...

Hər ikisi hadisə yerində ölüblər
Münaqişə zamanı baba nəvə və nəticəsini bıçaqlayaraq öldürüb...

Krasnoyarskda 75 yaşlı təqaüdçü ailədaxili münaqişə zamanı nəvəsini və iki yaşlı nəvəsini bıçaqlayaraq öldürüb.

İstintaq Komitəsinin Krasnoyarsk diyarı üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, ikiqat qətldə şübhəli bilinən şəxs artıq həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cinayət ötən cümə günü günortadan sonra, iyunun 7-də Krasnoyarsk şəhərinin Şçorsa küçəsində ər-arvadın, onların kiçik qızı və uşağın babasının yaşadığı binadakı mənzildə törədilib. Müəyyən edilib ki, məişət zəminində münaqişə zamanı yaşlı kişi bıçağı götürərək nəvəsinin qarnından, nəticəsinin isə boyun nahiyəsindən çoxsaylı bıçaq zərbələri vurub.

Qadın və uşaq aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Həmin vaxt qadının əri işdə olub.

Müstəntiqin dindirilməsi zamanı şübhəli şəxs bildirib ki, nəvəsi sənədlərini ona vermədiyi üçün onunla mübahisə edib. Mətbuatda yayılan xəbərlərə görə, təqaüdçü bağ evində yaşamaq üçün evdən köçmək istəyib, nəvəsindən sənədlər istəsə də, ona rədd cavabı verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə