...Yorulmuş və tükənməkdə olan Ukrayna hərbçiləri müxtəlif enerji içkilərinə aludə oldular.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The New York Times” yazır.
Məqalədə qeyd edilir ki, bəzi yerli şirkətlər öz məhsullarını Ukrayna Silahlı Qüvvələri arasında paylamağa xüsusi diqqət yetirərək enerji içkiləri istehsal etməyə başlayıblar.
...Deməli, nəşr yazır ki, Ukrayna münaqişənin ilk aylarından bəri ən pis anını yaşayır, qoşunları 1000 kilometrlik cəbhə boyu davamlı hücumların öhdəsindən gəlmək üçün mübarizə aparırlar.
Yuxarıda da qeyd edildiyi kimi, yorulmuş və taqətdən düşmüş cəbhə qoşunları, “deyilənlərə görə” xüsusi olaraq münaqişə üçün hazırlanmış müxtəlif yüksək kofeinli enerji içkilərinə aludə oldular.
Məhz elə bu mənada Ukraynanın münaqişə bölgəsində enerji içkilərinin satışı artır. Bu içkilər Ukrayna iqtisadiyyatının bir neçə parlaq nöqtələrindən birinə çevrilib.
...İçkinin dəli dadı olan yeni növləri daim ortaya çıxmaqdadır-pambıqlı konfet, kaktuslu və hətta çətənəli...
Bankaları hər yerdə görmək olar. Ukrayna şirkətləri bu içkiləri xüsusi olaraq hərbçiləri hədəfə alaraq reklam edirlər. Maraqlıdır ki, bankaların üzərinə vətənpərvərlik şüarları da yazırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB