Qonaq 1-ci gün qızıl, 2-ci gün gümüş, 3-cü gün sürüş...

Ukraynalı qaçqınlar pulsuz avtobus gedişindən məhrum edilir…
Qonaq 1-ci gün qızıl, 2-ci gün gümüş, 3-cü gün sürüş...

...Hazırda qaçıb Estoniyaya sığınan ukraynalı qaçqınlar avtobuslarında pulsuz gediş hüququndan məhrum ediləcəklər, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “ERR” regional işlər nazirinin qərarına istinadən yazır.

Qeyd edək ki, Estoniya naziri Piret Hartman qərarını ölkəyə gələn ukraynalıların yeni mühitə uyğunlaşmaq üçün ilkin olaraq tətbiq edilən güzəştlərə artıq ehtiyac duymaması ilə əsaslandırıb.

Qanun layihəsinin izahatında deyilir ki, Ukraynalı müharibə qaçqınları mahal avtobuslarında pulsuz səyahət etmək hüququ olan şəxslərin siyahısından çıxarılıb.

Hartman “ERR”-ə bildirib ki, ukraynalılar Estoniya vətəndaşları ilə eyni sosial təminat və müxtəlif subsidiyalar almaq hüququna malik olduqlarından, ictimai nəqliyyatda səyahətlə bağlı qaçqınlara öz vətəndaşları kimi rəftar edilməsi qərara alınıb...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə