“Hamıdan xahiş etdim ki, bir daha belə şeyləri boş yerə deməyək...”

Prezident Sankt-Peterburq İqtisadi Forumunun plenar iclasında çıxış edib
“Hamıdan xahiş etdim ki, bir daha belə şeyləri boş yerə deməyək...”

...Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumunun plenar iclasında bir daha nüvə zərbələri ehtimalını “boş yerə” qeyd etməməyi xahiş edib.

…Xahiş edirəm, hamıdan xahiş edirəm ki, bir daha belə şeyləri boş yerə deməyək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin deyib.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putinin Kiyevi uzaqmənzilli silahlarla təchiz etməyin fəsadları barədə Qərbə xəbərdarlıq etdiyi bildirilirdi.

Qərb mediasının yazdığı kimi, Rusiya lideri Rusiyanın nüvə imkanlarını xatırladıb və bu imkanlardan ölkənin suverenliyinə təhlükə yaranarsa, istifadə edə biləcəyini də gizlətməyib.

Yeri gəlmişkən, çərşənbə günü Putin Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə söhbət edib.

Görüş zamanı Rusiya prezidenti nüvə silahından istifadə təhlükəsinə yol verməməyə çağırıb.

Dövlət başçısının sözlərinə görə, onlar daim Moskvanı nüvə dəyənəyi yelləməkdə ittiham etməyə çalışırlar, lakin bu, belə deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə