...O vaxt, Ukraynanın silah çatışmazlığı səbəbindən ruslar məhdud uğur qazana bilimişdilər. Amma Ukrayna Silahlı Qüvvələri Qərb silahlarını alandan sonra Rusiyanın hücumunu dayandıra bilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Bloomberg saytında məlumat verilib.
...Jurnalistlər Rusiyanın Xarkov vilayətində cəbhənin yeni bölməsini açmaq cəhdinin artıq dayandırıldığını və bunu uğurlu alınmadığını qeyd edirlər.
Rus qoşunları da fevral ayında Avdeevka şəhərini aylarla davam edən döyüşlər zamanı böyük itkilər bahasına ələ keçirdikdən sonra çox az irəliləyiş əldə edə biliblər.
Ruslar Çasov Yarın əsas yaşayış məntəqəsini də vurdular, amma...
Jurnalistlərin fikrincə, rus lideri Rusiyanın məqsədlərinin dəyişməz olduğunu hələ də israr edir.
Deyilənlərə görə, guya o, “...təcavüz nə qədər lazımdırsa, o qədər də davam edəcək”-deyib?..
Hazırda Ukrayna qoşunları yardımın çatdırılmasında gecikmələrə və canlı qüvvə və texnika baxımından Rusiyanın üstünlüyünə baxmayaraq, cəbhə xəttini saxlaya bilib. ...Əlbəttə, hər iki tərəf böyük çətinliklərlə üzləşir, xüsusən də ölən və yaralı qoşunların dəyişdirilməsi məsələsində...
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski hərbi xidmətə çağırış yaşının aşağı salınması ilə bağlı yeni qanun imzalayıb, baxmayaraq ki, kadr problemi ordu üçün aktual olaraq qalmaqdadır.
...Yenə də yurnalistlər belə bir qənaətə gəlirlər ki, Rusiya döyüş meydanındakı üstünlüyünü əhəmiyyətli üstünlüklərə çevirməyib, çünki onun komandirləri ət hücumlarında məqsədlərinə çatmaq üçün insan resurslarını sərf edirlər.
Təbii ki, Ukrayna ordusu kifayət qədər texnika və maddi təminatı olanda özünü müdafiə edə bilər.
Və hətta bu tendensiya ilə Ukrayna Silahlı Qüvvələri hücuma da keçə biləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB