Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də Rusiyanın Şimali Osetiya vilayətindəki aerodroma pilotsuz təyyarə ilə hücum edib.
Kəşfiyyat xidmətlərindəki Focus mənbələri bildiriblər ki, oradan döyüş təyyarələri havaya qalxaraq Ukraynaya raket zərbələri endirirmiş.
SİA-nın əldə etdiyi məlumata görə, “Mozdok” strateji hərbi aerodromunda PUA-lar fəaliyyət göstərib. Bundan əlavə oradan MiQ-31K və Tu-22M3 qırıcıları da havaya qalxırmış. Qeyd edək ki, bu obyektdən Ukrayna ilə sərhədə qədər olan məsafə təxminən 1000 kilometrdir.
Deyilənlərə görə, Ukrayna hərbi kəşfiyyatı planlı işi və təkmilləşdirilmiş Ukrayna hücum PUA-larının uğurlu istifadəsini nümayiş etdirib.
Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə zamanı bu, “Mozdok” aerodromuna ilk hücum olmalıdır.
Yeri gəlmişkən, Rusiyada Ukrayna pilotsuz təyyarələrinin təsir sahəsi genişlənir.
Mənbə bildirir ki, ukraynalılara qarşı soyqırım müharibəsində iştirak edən Rusiya ordusunun hərbi obyektləri təhlükəsiz olmamalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB