Bu ilin aprelində Rusiyada işsizlik cəmi 2,6 faiz təşkil edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə prezident Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
Rusiya liderinin sözlərinə görə, indi əsas məsələ “harada iş tapmaq” deyil, “kadrları haradan tapmaq”dır.
Putin qeyd edib ki, gənclər arasında işsizlik artıq adi hala çevrildiyi regionlarda ciddi şəkildə azalıb.
Prezidentin sözlərinə görə, Rusiya həm də əmək bazarının yeni keyfiyyətinə can atır. Buna nail olmaq üçün rəqəmsal platforma inqilabını həyata keçirmək vacibdir.
“RİA Novosti” xəbər verir ki, cari onilliyin sonuna qədər iri və orta müəssisələrin ən azı 40 faizinin əmək səmərəliliyinin artırılması sahəsinə cəlb edilməsi planlaşdırılır.
…Daha əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Dmitri Platıqin qeyd edib ki, ölkədə işsizliyin rekord səviyyədə aşağı olması 2022-ci ildə iqtisadiyyatın struktur restrukturizasiyası ilə izah olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB