İldırım uşaq bağçasını vurub...

İldırım uşaq bağçasını vurub...

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki uşaq bağçasında ildırım çaxmasından sonra yanğın başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “İnterfaks” bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

...Moskva şəhəri, Şimal-Şərq İnzibati Dairəsi, Mira prospekti, 119, bina 290 ünvanında yanğın barədə məlumat daxil olub. İnzibati binanın dam örtüyünün yanar olduğu müəyyən edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Bu barədə paytaxtın fövqəladə hallar xidməti məlumat yayıb.

Xoşbəxtlikdən insanlar yanan binadan təxliyə oluna biliblər.

İlkin məlumata görə, itki yoxdur.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də öz növbəsində yanğının lokallaşdırıldığını qeyd edib.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir.

Binanın dam örtüyü ildırım vurduqdan sonra yanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə