ABŞ Putinin "təhlükəli xəbərdarlığını" görüb...

Rusiya lideri xatırladıb ki, Moskva Qərbə cavab vermək iqtidarındadır
ABŞ Putinin "təhlükəli xəbərdarlığını" görüb...

...Rusiya lideri Vladimir Putin Ukraynanı uzaqmənzilli silahlarla təchiz etməyin fəsadları ilə bağlı Qərbə ciddi xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “New York Post” qəzeti yazır.

Nəşrin qeyd etdiyi kimi, bədnam qorxulu xəbərdarlıq həm ABŞ, həm də Almaniyanın Ukraynaya Rusiya ərazisindəki hədəfləri vurmaq üçün tədarük etdikləri silahlardan istifadə etmək üçün yaşıl işıq yandırdığı bir vaxtda edilib.

“New York Post” yazır ki, Putin Rusiya ordusunun nüvə imkanlarını xatırladıb, Rusiyanın suverenliyinə təhlükə yaranacağı təqdirdə bundan istifadə edəcəklərini bildirib.

...Deyim ki, Putinin nüvə arsenalı ilə bağlı bəyanatı kontekst izah edilmədən təkrarlanıb.

Qeyd edilməlidir ki, Kremlin mətbuat katibi Dmitri Peskov da bunu qeyd edib.

...Və daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev vurğulamışdı ki, Qərblə hazırkı hərbi münaqişə ən pis ssenari üzrə inkişaf edir və bu ssenaridə heç kim münaqişənin son mərhələsinə keçidini istisna edə bilməz.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə