...Bu gün Avropa ABŞ və Çindən geri qalıb: dünya iqtisadiyyatında onun payı azalır.
Və bu fonda qitənin daha ABŞ və Çinlə rəqabət apara bilməyəcəyi ilə bağlı qorxular artır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “The New York” Times yazır.
Bu yaxınlarda Avropa İttifaqı vahid bazarının gələcəyi ilə bağlı çıxış edən İtaliyanın keçmiş baş naziri Enriko Letta “...biz çox kiçikik” etirafında bulunub.
Artıq “rəqabətlilik böhranı” adlandırılan səbəblər arasında Brüsseldə Avropa İttifaqı rəhbərliyi üçün çox az səlahiyyətə malik Avropa Birliyində tənzimləmənin həddindən artıq olmasıdır.
Üstəlik, Avropa maliyyə bazarları çox dağınıqdır, dövlət və özəl investisiyalar, eləcə də şirkətlər qlobal miqyasda rəqabət aparmaq üçün çox kiçikdirlər.
...Rusiyadan ucuz enerji, Çindən ucuz ixrac və ABŞ-dan hərbi müdafiədən mütləq asılılıq artıq təbii qəbul edilə bilməz.
Eyni zamanda, Pekin və Vaşinqton yarımkeçiricilər, alternativ enerji və elektrik avtomobilləri kimi sənaye sahələrinin inkişafına yüz milyardlarla dollar sərmayə qoyur.
Üstəlik, onlar qlobal azad ticarət rejimini də sarsıdırlar.
Qeyd edək ki, Avropa artıq bir sıra addımlar atıb. Bununla belə, Brüsselin səyləri ABŞ və Çinin yerləşdirdiyi resurslarla müqayisədə zəifdir.
Bu da məqalədə deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB