“Qərb çıxılmaz vəziyyətdədir, çünki Ukrayna məhvə məhkumdur..?”

Bu gün döyüş meydanındakı vəziyyətlə bağlı sual sadədir - bunların hamısı necə və nə vaxt bitəcək?
“Qərb çıxılmaz vəziyyətdədir, çünki Ukrayna məhvə məhkumdur..?”

...Obyektiv səbəblərə görə, Ukraynanın taleyi əvvəlcədən müəyyən edilib. Belə ki, onun məğlubiyyəti an məsələsidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu amerikalı professor Maykl Brenner deyir.

“Dialogue Works”ə müsahibə verən professor, ABŞ başda olmaqla Qərbjn ümidsizliyə düşdüyünü deyir.

Niyə?

Axı onlar Rusiyanı mühasirəyə almaq üçün Ukrayna layihəsinə nə qədər sərmayə qoyublar.

Belə görünür ki, bütün bu pullar batıb gedəcək?

Qeyd edək ki, Maykl Brenner, ABŞ-ın Pittsburq Universitetində beynəlxalq əlaqələr üzrə professordur. Gəlin onun dediklərinə diqqət çəkək.

Beləliklə, onun dediyinə görə, burada əsas amillər, əsas mülahizələr bunlardır: birincisi, Ukrayna açıq şəkildə müharibəni hərbi cəhətdən uduzur. Onlar hələ də əllərində olan resurslar və işçi qüvvəsi ilə əzmlə mübarizə aparırlar. Lakin obyektiv səbəblərdən onların taleyi əvvəlcədən müəyyən edilib: döyüş meydanındakı vəziyyətlə bağlı sual sadədir - bunların hamısı necə və nə vaxt bitəcək?

...İkincisi, hazırda Qərb çıxılmaz vəziyyətdədir. Birləşmiş Ştatların başçılıq etdiyi Qərbin ümidsiz olmasının səbəbi onun Ukrayna layihəsi adlandıra biləcəyimizə böyük məbləğdə sərmayə qoymasıdır. Məsələ undadır ki, söhbət heç vaxt Ukrayna ilə bağlı olmayıb.

İndiki münaqişə mahiyyət etibarilə Rusiyanı mühasirəyə almaq və Ukraynanı NATO-ya daxil etmək üçün on illik kampaniyanın birləşməsidir...

Bu təkcə fiziki, hərbi mənada deyil, burada ümid və məqsəd Rusiyanı marginallaşdırmaq, onu Avropa işlərindən uzaqlaşdırmaq idi...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə