Qazaxıstan Rusiyaya qarşı sanksiyalarla bağlı “ikili” mövqeyini izah edir

Qazaxıstan Rusiyaya qarşı sanksiyalarla bağlı “ikili” mövqeyini izah edir

Qazaxıstan hakimiyyəti ABŞ və Avropa İttifaqının Rusiyaya eləcə də digər ölkələrə qarşı sanksiyalarını dəstəkləmir, lakin belə siyasətə əməl etməyə məcburdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Respublika Baş nazirinin müavini Serik Jumanqarin brifinqdə deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər ölkəyə böyük təsir göstərir. Bir çox logistika və ticarət zəncirləri buna görə qırılır. Biz koalisiyanın üzvü deyilik, birtərəfli qaydada bu sanksiya siyasətini dəstəkləmirik, lakin iqtisadi baxımdan bizim üçün faydalı olduğu üçün ona əməl edəcəyik.

...Jumanqarin qeyd edib ki, ölkənin kiçik iqtisadiyyatı var. Siyasətçi əlavə edib ki, Qazaxıstan sanksiyaların təzyiqinə tab gətirməyəcək. Söhbət ilk növbədə respublikanın müəssisələrindən gedir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə