Rus qoşunları "Xarici Legion"un silah anbarını məhv edib...

Rus qoşunları "Xarici Legion"un silah anbarını məhv edib...

Rusiya Aerokosmik Qüvvələrinin və artilleriyasının zərbəsi nəticəsində Ukraynada Xarici Legion muzdlularının silah və hərbi texnikası olan anbarlar məhv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rus səlahiyyətlilərinin dediklərinə görə, zərbənin hədəfi Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” əməliyyat-strateji qrupunun silah və hərbi texnikası olan anbarları və “Xarici legion” yaraqlıları olub.

Zərbə həmçinin pilotsuz qayıqların saxlandığı obyektə də düşüb. Rusiya hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində Ukraynaya məxsus 55 pilotsuz uçuş aparatını məhv edib.

10 HIMARS və Alder raketi və iki Fransız Hammer idarə olunan bomba vurulub.

Amerikanın “Patriot” zenit-raket kompleksindən iki raket də məhv edilib.

Qeyd edək ki, bunları rus saytları yazırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə