Ərdoğan bu gün Akşenerlə görüşəcək

Ərdoğan bu gün Akşenerlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün “İYİ” partiyasının keçmiş sədri Meral Akşenerlə görüş keçirəcək. SİA “NTV” portalına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da Beştepedə başlayacaq.

Tərəflərin bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.

Görüşdən sonra hər hansı açıqlamanın verilməsi gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə