CAR-da daşqınlar nəticəsində 22 nəfər ölüb

CAR-da daşqınlar nəticəsində 22 nəfər ölüb

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 22 nəfər ölüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, insan itkisi KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində qeydə alınıb. 50-dən çox sakin yaralanıb.

Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə