Oleq Edelşteyn, doğurdan da Vladimir Jirinovskinin oğlu imiş...

Oleq Edelşteyn, doğurdan da Vladimir Jirinovskinin oğlu imiş...

...Moskvanın Nikulinski Rayon Məhkəməsi Oleq Edelşteyni LDPR-nin mərhum banisi Vladimir Jirinovskinin oğlu kimi tanıyıb.

SİA xəbər verir ki, bu barədə “İzvestiya” məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Edelşteyn özü də məhkəmə qərarına münasibət bildirməyib. Xatırladaq ki, 2023-cü ilin avqustunda bir nəfər siyasətçinin mirasına daxil olmaq üçün atalığın tanınması üçün iddia qaldırmışdı.

Lakin həmin ay məhkəmə snradan Edelşteyn kimi tanınan kişinin iddiasını rədd etmişdi.

Daha sonra o, bu qərardan apellyasiya şikayəti verib və daha sonra Ali Məhkəmə şikayəti təmin edib. İşə yenidən baxılıb.\

Deməli, Oleq Edelşteyn 1986-cı ildə anadan olub. 2017-ci ildən Smolensk vilayətinin administrasiyasında işləyib. Şimali Osetiyada yaşayıb. Jirinovski daha sonra Edelşteynin siyasətçinin atasının soyadını daşıyan qohumu olduğunu təsdiqləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə