Volodimir Zelenski: ''Həm İsraili, həm də Fələstini tanıyırıq''

Volodimir Zelenski: ''Həm İsraili, həm də Fələstini tanıyırıq''

Ukrayna prezidenti Volodimir Zelenski İsrail və Fələstini tanıdıqlarını bildirib və hər iki tərəfi Qəzzada münaqişəyə son qoymağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Sinqapurda keçirilən ''Şanqri-La'' dialoq sammitində iştirak edən Volodimir Zelenski deyib: "Ukrayna hər iki dövləti, İsraili və Fələstini tanıyır və İsraili dayandırmaq, bu münaqişəyə son qoymaq və mülki əhalinin əzabını yüngülləşdirmək üçün hər şeyi edəcək".
İyunun 1-də Sinqapura sammit ilə əlaqədar səfər edən Volodimir Zelenski burada Şərqi Timor və Filippin liderləri ilə görüşüb.
Ukrayna lideri samitdə Çini iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna sammitinə qatılmamaqda və digər ölkələri iştirak etməməyə təşviq etməkdə ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə