Dünyada sistemin bu qədər gərgin olduğu başqa bir yer yoxdur

Dünyada sistemin bu qədər gərgin olduğu başqa bir yer yoxdur

Hazırda Qəzzanın Rəfah şəhərində funksional xəstəxana qalmadığı bildirilir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) işğal olunmuş Fələstin ərazilərindəki humanitar məsələlər üzrə koordinatoru Andrea de Domeniko Qüdsdəki mərkəzdən onlayn olaraq qatıldığı mətbuat konfransında Qəzza hadisələri ilə bağlı son təəssüratlarını çatdırıb: "Qəzzanın mərkəzi bölgəsində xəstəxananın yenidən qurulması üçün böyük səylər var, lakin Rəfahda səhra xəstəxanalarından başqa, daha funksional xəstəxana qalmayıb.

Bölgəyə dünyanın hər yerindən tibbi qruplar göndərilib. Amma bu həkimlərin yaralıları müalicə edəcək yer tapa bilməməsi ürək parçalayır.

Yaxın vaxtlara qədər Qəzzadakı BMT məktəblərində 600 mindən çox şagird təhsil alırdı. Yerli qeyri-hökumət təşkilatlarının bəzi bədahətən fəaliyyətləri istisna olmaqla, artıq bu uşaqlara heç bir təhsil verilə bilməz.

Hazırkı vəziyyətdə BMT əməliyyatlarının Qəzzada mövcudluğunu davam etdirməsi çox çətinləşib.

Düzünü desəm, hesab edirəm ki, dünyada sistemin bu qədər gərgin olduğu başqa heç bir yer yoxdur. İnanıram ki, Qəzzadan başqa bu şərtlər altında fəaliyyətini davam etdirə biləcək BMT missiyası yoxdur.

İsrailin 2023-cü il oktyabrın 7-dən başlayan və 36 mindən çox fələstinlinin ölümünə səbəb olan hücumlarının ilin sonuna qədər davametmə ehtimalı daha qorxuludur".

Bütün xəbərlər Facebook səhifəmizdə