Rəcəb Tayyib Ərdoğan ''Ax-3'' heyəti ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan ''Ax-3'' heyəti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən astronavtlarla görüşüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan türkiyәli astronavt Alper Gezeravcı, ABŞ və İspaniyanı təmsil edən missiya rəhbəri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Volter Villadei və Avropa Kosmik Agentliyi adından qatılan isveçli Markus Vandtdan ibarət ''Ax-3'' heyətini Prezident İqamətgahında qəbul edib.

Xatırladaq ki, ''Ax-3'' heyətinin olduğu “Dragon” kapsulu “Falcon 9” daşıyıcı raket vasitəsi ilə yanvarın 19-da Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Təxminən 37 saat davam edən səyahətdən sonra astronavtları daşıyan ‘’Dragon’’ kapsulu yanvarın 20-də BKS-ə uğurla çatıb. Astronavtlar 14 günlük missiya çәrçivәsindә müxtəlif elmi təcrübələr aparıblar. ‘‘Ax-3’’ heyәtinin Yerə dönüşü əlverişsiz hava şəraiti ilə əlaqədar 3 dəfə təxirə salınıb.

‘’Ax-3’’ heyətinin fevralın 7-də Yerə doğru səyahəti başlayıb. Təxminən 2 gün davam edən səyahət fevralın 9-da kapsulun Atlantik okeanına enməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə