D8-ə üzv ölkələrin xarici işlər nazirləri Qəzza məsələsini müzakirə edəcəklər
Türkiyə Qəzzada davamlı atəşkəs və iki dövlətli həll yolu ilə əlaqədar demək olar ki, hər sahədə təşəbbüslərini davam etdirir.
D8-ə üzv ölkələrin xarici işlər nazirləri iyunun 8-də İstanbulda bir araya gələcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, iclasda Pakistan, İndoneziya və Malayziyanın xarici işlər nazirləri, İran xarici işlər nazirinin müavini, Banqladeşin sosial rifah naziri, Misir və Nigeriyanın yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.
Xarici işlər naziri Hakan Fidanın ev sahibliyində keçiriləcək iclasda Qəzza məsələsi müzakirə olunacaq.
İclasda Qəzzədəki vəziyyətin müzakirə ediləcəyi, həmçinin birgə bəyannamənin qəbul ediləcəyi gözlənilir.
Beləliklə, İsrailin 8 aydır davam edən vəhşiliklərinə qarşı kollektiv mövqe nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB