ABŞ Hərbi Dəniz Donanması Baş Qərargah rəisi, admiral Liza Françetti Türkiyədə rəsmi səfərdədir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, səfər Türkiyə Respublikasının komandanı, donanma admiralı Ercüment Tatlıoğlunun dəvəti ilə baş tutub.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler paytaxt Ankarada admiral Liza Françetti ilə görüşüb. Ercüment Tatlıoğlu və ABŞ-ın Türkiyə səfiri Cefri L.Fleykin də iştirak etdikləri görüş mediaya qapalı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB