Türkiyədə hərbi təyyarə qəzaya düşdü - 2 pilot öldü

Türkiyədə hərbi təyyarə qəzaya düşdü - 2 pilot öldü

Türkiyənin Kayseri şəhərində hərbi təyyarə qəzaya düşüb. SİA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus “SF-260D” tipli təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə nəticəsində 2 pilot həlak olub.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə