Rusiya Federasiyasının Belqorod vilayətində silah-sursat anbarı yanıb. Yanğın zamanı yeddi rus əsgərinin yaralandığı deyilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın ASTRA Telegram kanalı yazır.
...İyunun 2-də günorta saatlarında Belqorod vilayətinin İvnyanski rayonunun Qremuçiy kəndi yaxınlığında Rusiya hərbi düşərgəsində partlayış baş verib və nəticədə silah-sursat anbarında yanğın baş verib.
Bu məlumatda deyilir.
Hadisənin ilkin səbəbi kimi döyüş sursatı ilə ehtiyatsız davranma olduğu bildirilir. Sursatın partlaması nəticəsində 7 rus əsgəri yaralanıb.
Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qeyd olunur ki, “Qremuçiy” ferması Belqoroddan təxminən 39 kilometr şimalda yerləşir. Və Ukrayna ilə sərhəddən partlayışın baş verdiyi anbara qədər 63 kilometrdən çox məsafə var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB