İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber gələcək seçkilərdə dövlət başçısı vəzifəsinə namizəd olmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, Möhbər mayın 19-da təyyarə qəzasında həlak olan İranın keçmiş lideri İbrahim Rəisinin ölümündən sonra İran prezidentinin səlahiyyətlərini müvəqqəti icra etməyə başlayıb.
Mənbənin sözlərinə görə, Möhbər bir neçə müvafiq müraciət alsa da, qarşıdan gələn növbədənkənar seçkilərdə namizədliyini irəli sürməmək qərarına gəlib.
...Məlumatlı bir mənbə “Tasnim” xəbər agentliyinin siyasi xəbər müxbirinə bildirib ki, prezident səlahiyyətlərini icra edən Məhəmməd Moxber, son günlər prezident seçkilərində qeydiyyatdan keçmək xahişlərinə baxmayaraq, qeydiyyatdan keçməməyi seçib və mütləq namizəd olmayacaq.
Bunu mənbə bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB